Əcnəbilərlə iş: Miqrasiya qaydaları

İnsan Resursları - Təlim və Kurs - Əcnəbilərlə iş: Miqrasiya qaydaları
Əcnəbilərlə iş: Miqrasiya qaydaları

Təlimin məqsədi:

Əcnəbi işçilərin Azərbaycan Respublikasında qanuni işləməsi, miqrasiya qaydalarının tətbiqi və işəgötürənlərin miqrasiya qanunvericiliyinə tam uyğun fəaliyyət göstərməsi üçün zəruri bilik və bacarıqların əldə olunması. Əcnəbi işəgötürənlərin Azərbaycan Respublikasında fəaliyyətə başlaması üçün tələb olunan prosedurlar və hüquqi tələblər üzrə bilik və bacarıqların artırılması.

Təlimin əsas mövzuları:

  • Azərbaycan Respublikasının Miqrasiya Qanunvericiliyinin əsas prinsipləri

  • Əcnəbi işçilərin işə qəbulu və qeydiyyatı prosedurları

  • İş icazələrinin alınması, yenilənməsi və ləğvi qaydaları

  • Miqrasiya reyestrində qeydiyyat və onun formaları

  • Qaçqın statusunda olan şəxslərin əmək fəaliyyəti

  • Əcnəbi işəgötürənlərin qeydiyyatının aparılması qaydaları

  • İşəgötürənlərin miqrasiya qanunvericiliyinə uyğunluq öhdəlikləri

  • İnzibati məsuliyyətlər və cərimələr

  • Ən son qanunvericilik yenilikləri və praktiki tövsiyələr

  • Real iş nümunələri və situasiya analizləri

Təlimin iştirakçı profili:

  • İnsan resurslarının idarə edilməsi üzrə mütəxəssislər

  • Şirkət rəhbərləri və sahibkarlar

  • Miqrasiya və əcnəbi işçi qeydiyyatı ilə məşğul olan mütəxəssislər