Daxili siyasət və sistem quruculuğu xidməti

İnsan Resursları - Xidmətlər - Daxili siyasət və sistem quruculuğu xidməti
Daxili siyasət və sistem quruculuğu xidməti

Xidmət haqqında:

Təşkilatların səmərəli idarə olunması üçün strukturun aydın, funksiyaların isə dəqiq şəkildə müəyyən olunması vacibdir. Bu xidmət çərçivəsində şirkətinizdə mövcud və ya yeni yaradılan vəzifələrin funksional analizini aparır, vəzi­fə təsvirləri, iş yükü bölgüləri və struktur xəritələri hazırlayırıq. Məqsəd – resursların düzgün yönləndirilməsi, idarəetmənin şəffaflaşdırılması və işçilərin məsuliyyət çərçivələrinin hüquqi və əməli baxımdan dəqiq müəyyən olunmasıdır.

Xidmətə daxildir:

  • Müsahibə, müşahidə və sorğu əsaslı iş analizi metodlarının tətbiqi

  • Hər bir vəzifənin rol və öhdəliklərinin sistemləşdirilməsi

  • Funksional və hüquqi vəzifə təsviri sənədlərinin hazırlanması

  • Təşkilati quruluşun struktur xəritələrinin (organizational chart) formalaşdırılması

  • Əməkdaşlar arasında iş yükünün balanslaşdırılması və optimallaşdırılması

Xidmətin istifadəçi profili:

  • Struktur dəyişiklikləri edən və ya genişlənən şirkətlər

  • İnsan resurslarının səmərəliliyini artırmaq istəyən rəhbərlər

  • Təşkilati funksiyaların sistemləşdirilməsinə ehtiyac duyan qurumlar