Xidmət haqqında:
Təşkilatların səmərəli idarə olunması üçün strukturun aydın, funksiyaların isə dəqiq şəkildə müəyyən olunması vacibdir. Bu xidmət çərçivəsində şirkətinizdə mövcud və ya yeni yaradılan vəzifələrin funksional analizini aparır, vəzifə təsvirləri, iş yükü bölgüləri və struktur xəritələri hazırlayırıq. Məqsəd – resursların düzgün yönləndirilməsi, idarəetmənin şəffaflaşdırılması və işçilərin məsuliyyət çərçivələrinin hüquqi və əməli baxımdan dəqiq müəyyən olunmasıdır.
Xidmətə daxildir:
-
Müsahibə, müşahidə və sorğu əsaslı iş analizi metodlarının tətbiqi
-
Hər bir vəzifənin rol və öhdəliklərinin sistemləşdirilməsi
-
Funksional və hüquqi vəzifə təsviri sənədlərinin hazırlanması
-
Təşkilati quruluşun struktur xəritələrinin (organizational chart) formalaşdırılması
-
Əməkdaşlar arasında iş yükünün balanslaşdırılması və optimallaşdırılması
Xidmətin istifadəçi profili:
-
Struktur dəyişiklikləri edən və ya genişlənən şirkətlər
-
İnsan resurslarının səmərəliliyini artırmaq istəyən rəhbərlər
-
Təşkilati funksiyaların sistemləşdirilməsinə ehtiyac duyan qurumlar